Mayis Bərxudarov Xocalıda yeni hərbi hissədə – Baku TV
-
- Xeber
- 151 baxış
- 0 şərh
Mayis Bərxudarov Xocalıda yeni hərbi hissədə – Baku TV
Xocalı rayonunda əsaslı təmir edilən, müasir avadanlıqla təchiz olunan artilleriya hərbi hissəsinin açılışı olub.
Hərbi birlik komandiri general-mayor Mayis Bərxudarov yeni hərbi hissənin açılışı münasibətilə müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb.
Hərbi hissənin xidməti otaqları kondisioner, mebel, müasir tipli sanitar qovşaqlar, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend