Xəbərlər

Mulyaj yemək nümunələri zərif və dəqiq detallarla hazırlanıb – Baku TV

Mulyaj yemək nümunələri zərif və dəqiq detallarla hazırlanıb – Baku TV

Azərbayan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Şəki pitisi, Lənkaran ləvəngisi, Gəncə paxlavası, Qax sürhüllüsü və digər bölgələrimiz də öz milli mətbəxi ilə tanınır. Rəssam Mənsur Əzizlinin təqdimatında isə bu adını çəkdiyimiz və çəkmədiyimiz yeməkləri bir arada görəcəksiniz.

Belə ki, mətbəxdən yaradıcılığa, sənətkarlığa və gözəlliyə doğru addım atan şəkili rəssam milli mətbəx nümunələrinin maketini hazırlayıb.
Bu ideya Azərbaycanda ilk dəfədir ki, həyata keçirilir. Rəssam Mənsur Əzizlinin əl işlərini seyr etdikcə millətimizin mətbəx mədəniyyətinin necə zəngin olduğunun bir daha şahidi olursan. Sənətkarın yaratdıqları isə insanı heyrətləndirir.

Hazırlanan nümunələr sırasında dünyanın, eləcə də Azərbaycanın ən çox tanınan-bilinən təamları yer alır. Mulyaj yemək nümunələri zərif və incə detallarla göz oxşayır.
Sənətkarın əsas məqsədi Azərbaycanın mətbəx nümunələrinin təbliğat və təşviqatından ibarətdir.

Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.

Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Facebookda səhifəmiz:

Kanalda bütün müəllif hüquqları qorunur.

#BakuTv #Azerbaycan #trend

  • Ad: Mədinə KərimiŞərh: Halal olsun cox maraqlı görünür əllərinizə salıq
  • Ad: Aydinova GulmayeŞərh: Maşallah ne gözeldi uğurlu olsun inşallah
  • Ad: Светлана АхундоваŞərh: Mə Şəə Allah. Super. Əllərvizə sağlığ. Çox gözəl ideyadı.
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.