Nəcməddin Sadıkovun xələfi kimdir? – Baku TV
-
- Xeber
- 134 baxış
- 0 şərh
Nəcməddin Sadıkovun xələfi kimdir? – Baku TV
Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib. General-leytenant Vəliyev Kərim Tofiq oğlu kimdir?
9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olan hazırkı Baş Qərargah rəisi 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.
1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant tağım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən general-leytenant Vəliyev xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
2014-cü il tarixindən Prezident İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 2019-cu ildə müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. General-leytenantın Vətən müharibəsində də xidmətləri olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Zəfər” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəlidir. İki övladı var.
Qeyd edək ki, Kərim Vəliyevdən əvvəl Ordumuzun Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov olub.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend