Xəbərlər

Naftalanda orta əsrlərə aid nümunələr tapılıb – Baku TV

Naftalanda orta əsrlərə aid nümunələr tapılıb – Baku TV

Bu şəhərin ərazisi həm müalicəvi neftlə, həm də qədim abidələrlə zəngindir. Söhbət Naftalandan gedir. Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı ötən il Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkarlanmışdı. Bu il isə tədqiqatlar zamanı abidənin üst təbəqəsinin orta əsrlər dövrünə, alt təbəqəsinin isə tunc dövrünə aid olduğu məlum olub.

Yaşayış yerinin ətəyindən vaxtilə bol sulu çay keçib. Qədim çay yatağının ətrafı eneolit dövründən başlayaraq, orta əsrlərə qədər olan 6 min illik tarixi özündə əks etdirən yaşayış yerləri və qəbir abidələri ilə zəngindir. Azərbaycanda qədim dövrə aid abiələrin bir ərazidə bu qədər sıx yerləşdiyi ikinci bir məkanı təsəvvür etmək çətindir.

Qalaboynu yaşayış yerində tədiqatlar bir ay davam edəcək. Tapıntılar isə öyrənilməsi üçün Arxelogiya və Etnoqrafiya İnstitunun fonduna təhvil veriləcək.

Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.

Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Facebookda səhifəmiz:

Kanalda bütün müəllif hüquqları qorunur.

#BakuTv #Azerbaycan #trend

  • Ad: Elikram MemmedovŞərh: Azərbaycanın bütün yerləri nadir tapıntıdır.
  • Ad: Али АббасовŞərh: QIzl cxsa sesusu cxartmuyun dovlet alacag eluzuden qoyun cebuze nenem demiw
  • Ad: Fətəli xan Xoyski 🇦🇿Şərh: Iranli farslar deyer onlarda bizim babalarimizdir 😂😂😂😂
  • Ad: vuqar kerimliŞərh: cemiyyeti sadece ve sadece axtariw iwleri elmi tedqiqatlar isiqli geleceye aparacaq
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.