Xəbərlər

Narkotik vasitələrin təbliği, eləcə də, qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Qobu və Novxanı qəsəbələrində gənclər arasında narkotik vasitələrin təbliği, eləcə də, qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Mirzəcan Babayev Hökməli qəsəbəsi ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 7 ədəd patron, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunub. Saxlanılan şəxs ifadəsində üzərindən aşkar olunan silah-sursat və narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib. Həmçinin, Mirzəcan Babayevin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı onun Qobu Polis Bölməsinin inzibati ərazisində bir neçə oğurluq hadisələri törətdiyi də məlum olub.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı Novxanı qəsəbəsində gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Həşim Paşayev də saxlanılıb. Onun üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar olunub. Saxlanılan şəxsin ətrafında Abşeron Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Ad: Mec SadŞərh: DAXİLİ İŞLƏR NAZİRLİYİNİN lisenziyası ilə Veten_N Muhafize xidmeti beylerden ibaret bow muhafzie vakansiyalari elan edir.Herbi xidmeti tam bawa vurmuw beyler muraciet ede bilerler.Teleb olunan senedler.Yawayiw yerinden arayiw.Saglamliq haqqinda arayiw.Wexsiyyet vesiqesinin 2 ede sureti.Herbi biletin sureti ve esli.Ruhi eseb dispanserinden arayiw.Narkoloji dispanserden arayiw.Polisden arayiw.Wekil 34 - 6 eded.Elaqe 099 732 04 32
  • Ad: YPX GENERALŞərh: Azərbaycan Polisi 💪🏻🇦🇿
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.