Nazir Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edəcək
Populyar xəbərlər

Nazir Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edəcək

Noyabrın 29-da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda vətəndaşları şəxsən qəbul edəcək.

Həmin gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri Anar Kərimov Ucarda, Mətin Kərimli isə Zərdabda vətəndaşlarla görüşəcək.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı (əmək hüquqlarının müdafiəsi, sosial təminat hüququnun müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi və s.) müraciətlərinə baxılacaq.

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron poçt ünvanı (info@mlspp.gov.az və ya poçt vasitəsilə) və ya adını, soyadını, atasının adını, ərizənin məzmununu, ünvanını qeyd etməklə 142 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.