“Patı”dan ölən Avropa çempionunun ailəsi Baku TV-yə danışdı
-
- Xeber
- 406 baxış
- 0 şərh
“Patı” Avropa çempionunun həyatına son qoydu – Baku TV
Narkotik vasitə daha bir gəncin həyatına son qoydu.
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin keçmiş üzvü, 2015-ci ildə Avropa çempionu olan Allahyar Abışov bir həftə əvvəl yüksək doza narkotik vasitə qəbulundan vəfat edib.
26 yaşlı idmançının metamfetamindən dünyasını dəyişdiyi bildirilib.
Hadisə ilə bağlı Baku TV-yə açıqlama verən mərhumun bacısı Rəna Abışova məlumatı təsdiqləyib.
Mərhum idmançının anası Hicran Abışova deyir ki, Allahyar səhər saatlarında ürək tutmasından vəfat edib.
Allahyar respublika yarışlarında da uğurla çıxış edirdi. İdmançımız 2018-ci ildə ölkə çempionatında 245 kq çəkinin öhdəsindən gələrək qızıl medalın sahibi olmuşdu.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend