Xəbərlər

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 9 nəfər saxlanılıb

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 9 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun əsasən “Kubinka”, “Şamaxinka” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 9 nəfər tutulub.

Belə ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Zeynal Qarayev, Əhliman Məmmədov, Vüsal Əliyev, Bahar Bayramova, Rəşad Həsənov, Elnur Hacıyev, Mustafa Sarıyev, Musa Əliyev və Natiq Ramazanov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, heroin və elektron tərəzilər aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

  • Ad: Franken SteinŞərh: biri bizim qonsudu Polisler yaxsi operasyon eleyib tutdular ograsxana olmusdu ona gore mehle
  • Ad: Farid SharifovŞərh: Azərbaycan Polisi👍👍👏👏❤❤🇦🇿🇦🇿 Eşq Olsun.Varolsun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi👍👍👏👏❤❤🇦🇿🇦🇿
  • Ad: Tural 88Şərh: Bulari gullelemek lazimdi
  • Ad: Mec SadŞərh: DAXİLİ İŞLƏR NAZİRLİYİNİN lisenziyası ilə Veten_N Muhafize xidmeti beylerden ibaret bow muhafzie vakansiyalari elan edir.Herbi xidmeti tam bawa vurmuw beyler muraciet ede bilerler.Teleb olunan senedler.Yawayiw yerinden arayiw.Saglamliq haqqinda arayiw.Wexsiyyet vesiqesinin 2 ede sureti.Herbi biletin sureti ve esli.Ruhi eseb dispanserinden arayiw.Narkoloji dispanserden arayiw.Polisden arayiw.Wekil 34 - 6 eded.Elaqe 099 732 04 32
  • Ad: Yusif abbasovŞərh: Qardaş və bacılar gəlin hamımız bir olaq bu narkotik satan şərəfsizləri ifşa edək
  • Ad: YPX GENERALŞərh: Azərbaycan Polisi 💪🏻🇦🇿
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.