Xəbərlər

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib

Bu gün – sentyabrın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 240 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Gənclər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual səviyyəli, müasir texnologiyaların sirlərinə bələd olan, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını xatırladıb.
General-polkovnik Vilayət Eyvazov gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hər zaman polis adını və şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini artırmalarını, öz üzərlərində səylə çalışmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, bir sözlə, vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib.

  • Ad: Xəyalə HesenovaŞərh: Eşq olsun Azerbaycan polisine.
  • Ad: ffgghhjjŞərh: Goresen burda polis var
  • Ad: Nihat MŞərh: Polis Akademiyasina sened verecekdim sonra dedim bal yiga bilmerem risk elemedim indiyse cox pesmanam 526 bal topladim:-((
  • Ad: YPX GENERALŞərh: Azərbaycan Polisi 💪🏻🇦🇿
  • Ad: Farid SharifovŞərh: 👍👍👏👏❤❤🇦🇿🇦🇿
  • Ad: Gg JŞərh: Salam mənim 12 yasim var mən boyuyende kapitan mayor olmaq istərəm mən indidən nə edə bilərəm ki mən mayor olum
  • Ad: Mərcan RamazanlıŞərh: Salam 9 dan çıxıb vermek olar göresen ?
  • Ad: NAZDIM ƏLİYEVAŞərh: Mənimdə arzum Polis olamaqdı İnşəAllah arzuma çataram.
  • Ad: İlqar QuluyevŞərh: Orta ixtisas polise neçe sm boy lazımdı?
  • Ad: kral.panel.Şərh: Sıra baxışı neçə müddətdən bir olur bilənviz var?.
  • Ad: ASENA ASENAŞərh: Salam, Bakı Dövletde oxuyuram. Bir il sonra mezun oluram. İnşallah polis olmaq isteyirem. Nece qebul olunur ??
    Qadınlarda yaş, boy heddi ne qederdir ??
  • Ad: Hüseyin PirazovŞərh: Polis akademyasına hazırlaşmaq haqqında video çekmişem.Eyer isteseniz girib baxa bilərsiz
  • Ad: Mehemmed ZeynalliŞərh: Mende polis sirasinda xitmet aparmaq isderdim
  • Ad: Tural NarimanovvŞərh: CƏNAB NAZİR. VİLAYƏT EYVAZOV. 🇦🇿🇦🇿🇦🇿🙏🙏🙏
  • Ad: Cosqun EliyevŞərh: İnşAllah gelen il mende gedecem menide secerler
  • Ad: кавказ🔞Şərh: Muhafize polisine verde
  • Ad: sosicŞərh: mənim 14 yaşim var boyum1.75 di amma çox arıgam götürərlər ?
  • Ad: Elsad ismayilzadeŞərh: Mənim arzum polis olmaqdı allah hamını arzusuna çatdırsın mənidə içində
  • Ad: Emin hesenovŞərh: İnsallah cenab nazir imtahan verecrm ora daxil olacam serjant yol polisi
  • Ad: Rəksanə SultanəliyevaŞərh: Cənab nazir siz ureksiz.
  • Ad: Qazi ŞəhriyarŞərh: BİR NƏFƏR DESİNDƏ NECƏ QƏBUL OLDUĞUNU.NECƏ ÇAĞIRDIQLARINI...BƏLKƏ BİZ SƏF EDİRİK NƏYİSƏ...O BİR ELƏ OĞLANNAN BİRİ YAZMIRKİ BURA QARDAŞ BELƏ KEÇMİŞİY, BELƏ ÇAĞIRIBLAR..
  • Ad: Elgiz SadiqovŞərh: Sravi kicik reyis heyeti ucun xidmete qebul yaş heddi ne qederdi ??
  • Ad: Zaur QedirovŞərh: Mene bir sey maraglidiki bu boy limiti ppx falan ve diyerlerinedide 1.80ve ustu .bes sirf bolme daxili nece yani bolmeye nece bot limitu yaqinki deyiserde obirilere nisbeten az olar bilen varsa deqiq desinde zehmet olmasa
  • Ad: Sultan YarbayŞərh: Xeyirli, uğurlu və başarılı olsun, amin! Deyəsən, Polis akademiyasını oxumadan polis kimi işə düzələnlər Kiçik Çavuş rütbəsi ilə xidmətə başlayır və yalnız Kapitan rütbəsinə qədər yüksələ bilərlər, Kapitandan o tərəfə keçə bilməzlər. Lakin sırf Polis akademiyasını bitirənlər isə Leytenant rütbəsi ilə xidmətə buraxılırlar və Polkovnik rütbəsinə qədər qalxa bilirlər, hətta illər sonra General belə ola bilərlər.
  • Ad: HÜSEYN VƏLİYEVŞərh: Yeqin bu teze gel polis neferleri kohneler kimi vetendasa el qaldirmaz soymez getandasin sozun demeye imkan verer qoysun
  • Ad: turkiye azerbaycan 2 qardaş ölkəŞərh: gözəl insan vilayət müəllim ALLAH TALADAN sizə hidayət və can sağlığı arzuluyuram İNŞALLAH
  • Ad: Orxan MemmedovŞərh: Istifade elemeyen polislere can qurban
  • Ad: merhemet hesenliŞərh: Dunen mende burda idim amma ozumu gore bilmedim. Her kese ugurlar
  • Ad: Elmar HuseyinŞərh: Yaşa Azerbaycan Polisi Daima Var Olun. Sizinle Qurur Duyuruq.
  • Ad: Xeyyam HemidliŞərh: Mənə cavab gəlmədi 3 dəfə yazdım
  • Ad: Dövlət Qulluğuna hazırlıqŞərh: Deyirlər boy gərək 180 sm olsun.1 sm aşağı ola bilməz.
    Burda görürəm 170 sm boyu olan var.Yəqin kiminsə bacısı oğludu.Daydayı güclüdü..
    Burdan görünür ki Azərbaycanda kadr seçimi HEÇ VAXT DÜZƏLMƏZ
  • Ad: Əli KərimovŞərh: hamısına aid deyil.70% pulunu verəsn həmdə simirna dayanasan.get azad yaşada azad Azərbaycanda pulunda cibində ya da kartında.can cana lazımdı sizə?
  • Ad: Elvin AliyevŞərh: 2 defe mektub yazdim Qebul eden olmadi
  • Ad: Kamran VəliliŞərh: 178 sm boyumdur, ancaq catmadi neynek qismet ))) ugurlar arzu edirem namizedlere
  • Ad: Life's GoodŞərh: Kas mende polis olaydim
  • Ad: Konul BŞərh: Mende polis olmaq istedim Insallah mene qismet AMIN
  • Ad: Ölūme Bir PilleŞərh: Boyum 1.77 di diye qebul ola bilmeremmis😔 gimnastam fiziki bacariqim 100/100 ama ne fayda arzum ureyimde qaldi
  • Ad: T r a v e r l DayŞərh: Qeydiyyatdan keçdim cavab gəlmədi polis idarəsinə getdim dedilər belə şey yoxdu yalan söhbətdir polisə
  • Ad: YadigarŞərh: Uğurlar hər birinizə 🙇
  • Ad: Куракина ДачаŞərh: Cenab nazir ise qebulun dasksi neke mindii boyum 188di ozumde Xtd desdede eskelyimi kesmisem 2015 2016 ilde.
  • Ad: Qazi ŞəhriyarŞərh: Bu dedikləri Vakansiyadı yoxsa?
  • Ad: Qazi ŞəhriyarŞərh: Mənə niyə cavab gəlmədi?🤦🏻‍♂️
  • Ad: eliyev xeyalŞərh: Sizinlə fəxir edirəm Cənab Nazir allah sizi qorusun
  • Ad: Cicek MemmedovaŞərh: Maşallah
  • Ad: Hindarx UsagiŞərh: Namizədləri təbrik edirəm uğurlar sizlərə +5
  • Ad: Natavan AbbasovaŞərh: Yaraşıqlı nazirimizə cənab Vilayət Eyvazova Eşq olsun 👊👏 Gənc polislərimizə uğurlar Allah polislərimizi qorusun 🤲 Gözəl peşədir polis sənəti Məndə polis olmaq istəyirəm özüdə yol polisi Amma yaşım keçib 😊
  • Ad: Ayxan BabayevŞərh: ❤ D İ N ❤
  • Ad: İlkin NesibovŞərh: Salam mənim boyum 184 dur hərbidə olmuşam menide götürün.
  • Ad: Resad QuliyevŞərh: Mənidə görün
  • Ad: Vaqif ShirinovŞərh: ❤️🤟🏻
  • Ad: Tamilla SuleymanovaŞərh: Cənab Nazir😍💙
  • Ad: Tamilla SuleymanovaŞərh: Mənə qismət🙏👮‍♀️
  • Ad: G.D.B.Y_021 MUSICŞərh: Salam Keçid balı nə qədərdi
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.