Xəbərlər

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib

Bu gün – oktyabrın 14-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 104 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Gənclər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual səviyyəli, müasir texnologiyaların sirlərinə bələd olan, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını xatırladıb.
General-polkovnik Vilayət Eyvazov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib.

  • Ad: Ulya MirzeyevŞərh: Salam
  • Ad: Farid SharifovŞərh: 👍👍👏👏❤❤🇦🇿🇦🇿
  • Ad: ASENA ASENAŞərh: Salam ikinci təhsil olaraq qadınlar üçün polisliye qebul var ? Ikinci tehsilde imtahansızdır ?
  • Ad: NAZDIM ƏLİYEVAŞərh: İnşəAllah mənədə Qismət olar Polis olmaq
  • Ad: Samsung GalaksiŞərh: Mən birinci kursa hazırlaşıram birinci kursda polislik varmı?
  • Ad: Qurban baxışovŞərh: Kuçik leytnant kimlərə verilir və necə verilir bilgsi olan varsa yazmağını xaiş ederdim
  • Ad: alooo kdkdŞərh: Salam olsun hamiya bilən varsa disində daxili qoşunlarin ali hərbi məktəbi neçə baldi
  • Ad: Boyuk DeryaŞərh: Bu haqsızlıq ne vaxta qədər olcaq virus qaydalarına əməl edib vətəndaşları qəbul etmək olar axı qəbul etmək en sayda insanı bir yerə toplamaq deyilki bu qədər haqsızlıq olmaz ki biz neçə illər gözləyəcəyik qəbul olcaq .Heç olmasa müraciətlərə cavab verilsin elə hər dəfə qəbul yoxdu ne vaxt olcaq illərimiz gedir ömrümüz curuyur gözləyə gözləyə
  • Ad: Natavan AbbasovaŞərh: Yaraşıqlı nazirimizə eşq olsun 👏 Gözəl məsuliyyətli peşədir.👍 Gənclərə uğurlar 👏
  • Ad: Aslan AsgarŞərh: Maşallah-Allah ordumuzu və polislərimizi qorusun,işləri hər daim uğurlu olsun inşallah-Amin!
  • Ad: aguero kunŞərh: Keçən sıra baxışından keçən namizədlər bes ne vaxt başlayacaq xitmed etmeye? Ne vaxt xeber çıxacaq?
  • Ad: sosicŞərh: İnşallah mene qismet olar
  • Ad: Hüseyn MəmmədcəfərovŞərh: İnşallah bizlərədə qismət
  • Ad: Şeyxnezer QuliyevŞərh: Növbəti qəbul vakanisiya olduqda paylaşın bizdə müraciət edək
  • Ad: Bəxtiyar MehraliyevŞərh: Növbəti seçim nə vaxt olunacaq ?
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.