Polisi döyən deputat: “Etdiyim hərəkətin yanlış olduğunun fərqindəyəm” – Baku TV
-
- Xeber
- 183 baxış
- 0 şərh
Polisi döyən deputat: “Etidyim hərəkətin yanlış olduğunun fərqindəyəm” – Baku TV
İstirahət mərkəzlərindən birində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına şiddət tətbiq edən millət vəkili Eldəniz Səlimov üzr istəyib.
Deputatın yaydığı məlumatda deyilir:
“Etdiyim hərəkətin yanlış olduğunun fərqində olmam da susmağımın səbəblərindən biridir. Bu səhvimə görə ilk növbədə Prezident İlham Əliyevdən, mənə etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımdan üzr istəyirəm. Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək”.
Xatırladaq ki, bir neçə gün əvvəl deputat Eldəniz Səlimov istirahətdə olduğu məkanın karantin qaydalarının tələblərinə əsasən bağlanmasını tələb edən polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu sərxoş vəziyyətdə döyərək ona xəsarətlər yetirib.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend