Polisi döyən deputatı hansı cəza gözləyir ? – Baku TV
-
- Xeber
- 62 baxış
- 0 şərh
Polisi döyən deputatı hansı cəza gözləyir ? – Baku TV
İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Baku TV-yə bildirilib ki, insident iyulun 29-u, gecə saat 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Millət vəkili karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb.
Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Milli Məclisin İntizam komissiyanın sədrinin müavini Fəzail Ağamalı baş verən hadisə ilə bağlı millət vəkilinə heç bir güzəştin olmayacağını və məsələnin tezliklə parlamentin müzakirəsinə salınacağını bildirib.
Bu hadisəni kobudluq və deputatın öz səlahiyyətlərindən sui-istifadə halı adlandıran millət vəkili Məlahət İbrahimqızı da həmkarının törətdiyi əmələ görə qanun qarşısında cavab verməli olduğunu düşünür.
İddialara görə, deputat hadisə baş verən zaman sərxoş vəziyyətdə olub və Xaçmaz rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.
Qeyd edək ki, Eldəniz Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputat seçilib.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend