Xəbərlər

Polislər yaşı 100-150 il olan balabanlarını itirən gənc ifaçıya köməklik göstərib

Bir neçə gün əvvəl Prezident təqaüdçüsü balaban ifaçısı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Nicat Məsimov Səbail rayonunda yerləşən Xaqani bağında olan zaman içərisində qədim balaban alətləri olan çantasını itirib. Bundan sonra N.Məsimov yaşı təxminən 100-150 il olan alətlərin tapılması üçün ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edib. Bölmə əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində N.Məsimovun çantasını tapan amma qaytarmaq üçün polis orqanlarına təhvil verməyərək özündə saxlayan şəxs qısa zamanda müəyyən edilib. Onun şəxsiyyəti dəqiqləşdirilib və balabanlar polislər tərəfindən qeyd edilən şəxsdən alınaraq N.Məsimova geri qaytarılıb. N.Məsimov balabanların qısa zamanda tapılaraq ona geri qaytarılmasında göstərdikləri operativliyə və onun müraciətinə belə həssas yanaşdıqlarına görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

  • Ad: YPX GENERALŞərh: Azərbaycan Polisi 💪🏻🇦🇿
  • Ad: Röyal AbdulovŞərh: Ela 🍌🍌🍌🍌
  • Ad: хəтакаrŞərh: нər şey pulnandı nuu,нər şey pul deyil...тарıв qayтаrмауаna ayıв оlsun.aparıв 5,3 маnaта saтасаqsan o pul yox olacaq,bəs bu cavana elədiyin pisliyi necə unuтduracağsan..
  • Ad: Али МикаиловŞərh: Çox gozel ifa edir qardaş.Uğurlar sene!!!
  • Ad: Nihat BaratovŞərh: Ən böyük arzum : Polis olmaqdır.
  • Ad: Novruz KerimovŞərh: Əhsən
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.