Prezident: Azərbaycan hökuməti və xalqı Türkiyənin yanındadır – Baku TV
-
- Xeber
- 47 baxış
- 0 şərh
Prezident: Azərbaycan hökuməti və xalqı Türkiyənin yanındadır – Baku TV
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Azərbaycandan Türkiyəyə yardım dəstələri göndəriləcək.
Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, bununla əlaqədar olaraq Baş nazirə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib.
“Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”, – deyə Prezident köməkçisi əlavə edib.
Xatırladaq ki, iyulun 28-i və 29-da Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub. Nəzarət altına alınan yanğın nöqtələrinin sayı 57-yə çatıb.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend