Xəbərlər

Qaradağ rayonunda yük maşınlarından 11 ədəd akkumlyator oğurlayan dəstə üzvləri saxlanılıblar

Qaradağ rayonu Qobustan qəsəbəsində iyun ayının 20-dən 23-dək olan müddətdə 11 vətəndaşa məxsus yük avtomobilinin akkumlyatorları oğurlanıb. Zərərçəkən sürücülər ərazi üzrə Qaradağ Rayon Polis İdarəsi və 11-ci Polis Bölməsinə məlumat verən kimi hadisələri törədən şəxslərin axtarışlarına başlanılıb. Qaradağ RPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini İlkin Əzizov, Abşeron rayon sakini əvvəllər məhkum olunmuş Sərxan Abbasov və Siyəzən rayon sakini əvvəllər məhkum olunmuş Şəhriyar Yusifov saxlanılıblar.

Onlar ifadələrində Qobustan qəsəbəsində oğurladıqları akkumlyatorları Binəqədi rayonunda əlvan metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.

Faktlarla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanlıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

  • Ad: Sübhan ƏlizadəŞərh: Şek elemirik Allah gördü ve cezalandırdı ev dağıdanın evi olmaz.
  • Ad: Sübhan ƏlizadəŞərh: Niye silirsiz mən yazdığımı
  • Ad: AYSEL YALÇINŞərh: Allahin barmagi yoxduki uzatsin gozunu cixartsin Allah neyniyer adama bax anasi onun bunun evini dagitmaga çalişsan Allahda oglunun evini dagidar arvadi qoyub gedib yazig qiza bedbext oldu hele buda azdi size
  • Ad: Nicat MemedovŞərh: Ruhin sagolsun tapib😅
  • Ad: boondy ydnoobŞərh: xahis edirem kend ehmedlide emliyyat edin KAKOS PATI SUSE cavanlar mehv olub burda analar gozu yasli qalib.narkotik satisi corek satisi kimi heyata kecirilir
  • Ad: Ziya KerimliŞərh: Canavarim menim Raqib
  • Ad: YPX GENERALŞərh: 💪🏻🇦🇿
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.