Xəbərlər

Qaxa qarın yağması ilə əlaqədar RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər

Qaxa qarın yağması ilə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.
RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən qarlı hava şəraitində baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilir.
Belə ki, rayonun dağ kəndlərinə gedən Qax-İlisu, Qax-Qaşqaçay avtomobil yollarında nəqliyyatın hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumat verilir.

  • Ad: Sahmali BaylarovŞərh: Allah razı olsun sizden Polisimiz.
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.