Əlaqəli xəbərlər

Qəhrəman əsgər şəhid Sahil Babayev

Şəhid Sahil Babayev kimdir?

Sahil Babayev 5 iyun 2002-ci il tarixində Şabran rayonunun Ceyranlı kəndində anadan olub. Orada doqquz il təhsil aldıqdan sonra Şabrandakı 2 saylı tam orta məktəb-liseyə daxil olub. Məktəbi bitirdikdən sonra isə 2019-cu ildə Bakı Turizm Kollecində təhsil almağa başlayıb.

Sahil Babayev Coşqun oğlu – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Torpaqlarımızın qorunması uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölkə başçısı İlham Əliyevin 15.12.2020-ci il tarixində imzaladığı sərəncamla ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Sahil Babayev Suqovuşan uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə, prezident İlham Əliyev tərəfindən 29.12.2020-ci il sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Sahil Babayev 2020-ci ilin 7 iyul tarixində təhsilini belə başa vurmadan həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Sahil Babayev 27 Sentyabr 2020-ci il tarixindən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib və 2020-ci il oktyabrın 20-də torpqalarımızın ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Şəhidin nəşi 21 oktyabrda anadan olduğu Ceyranlı kəndində dəfn edilib.

Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.