Qurbanlıq heyvanlar neçəyə satılır? – Baku TV
-
- Xeber
- 175 baxış
- 0 şərh
Qurbanlıq heyvanlar neçəyə satılır?
İyulun 20 və 21-də qeyd olunacaq Qurban bayramı günlərində paytaxtın bir sıra ünvanlarında satış və kəsim məntəqələri fəaliyyət göstərəcək. Bununla yanaşı, səyyar kəsim çadırları da qurulacaq.
Vətəndaşlar bayram günlərində səhər saat 8-dən axşam 8-dək məntəqələrə üz tutaraq xidmətlərdən yararlana biləcəklər. Heyvanların təhlükəsiz satış və kəsiminin həyata keçirilməsi üçün müvafiq tibbi müayinələrin aparılması da zəruridir. Bütün heyvanlar həkim rəyindən sonra satışa buraxılır.
Qeyd edək ki, mövcud karantin rejimi ilə əlaqədar qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq ki, bu da alıcılar arasında yaxın təmasın qarşısını almaq üçün nəzərdə tutulub.
Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində qeyd edilən satış məntəqələrindən səhər saat 11-dən axşam 5-dək götürə biləcəklər.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend