Rövnəq Abdullayev Türkmənistan Prezidenti ilə görüşüb – Baku TV
-
- Xeber
- 174 baxış
- 0 şərh
Rövnəq Abdullayev Türkmənistan prezidenti ilə görüşüb – Baku TV
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Düvlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevi qəbul edib.
Görüş zamanı Türkmənistan Prezidentinə minnətdarlığını bildirən Rövnəq Abdullayev ona Azərbaycan Prezidenti İlham Əliyevin xoş sözlərini çatdırıb.
Qəbul zamanı Azərbaycan və Türkmənistanın iqtisadiyyat, enerji və nəqliyyat-logistika baxımından nəhəng potensiala malik olduqları və bunun strateji vacib sahələrdə məhsuldar əməkdaşlıq üçün geniş imkanlar yaratdığı vurğulanıb.
Bununla bağlı neft-qaz sənayesində tərəfdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Bu baxımdan Xəzər dənizində yerləşən “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi ilə bağlı məsələlər ətraflı müzakirə olunub.
Yanvar ayında bu yataqla bağlı Azərbaycan və Türkmənistan arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun əhəmiyyəti vurğulanıb. Hazırda bu memorandumun əsasında ikitərəfli razılaşma layihəsinin hazırlandığı qeyd edilib.
Ölkəsinin yanacaq-energetika kompleksində qabaqcıl təcrübələrin və yüksək texnologiyaların, həmçinin ən son elmi-texniki nəaliyyətlərin tətbiqi məsələsinə xüsusi diqqət ayırdığını bildirən Qurbanqulu Berdiməhəmmədov bu baxımdan qabaqcıl xarici şirkətlərlə qarşılıqlı maraq kəsb edən əməkdaşlığa daim hazır olduqlarını deyib.
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti öz növbəsində Türkmənistanda neft-qaz sektorunun dinamik templərlə inkişaf etdiyini vurğulayaraq bu sahədə böyük layihələrin həyata keçirildiyini deyib.
Onun sözlərinə görə, bu iki ölkə mütəxəssislərinin birgə məhsuldar fəaliyyəti üçün yaxşı zəmin yaradır.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend