Xəbərlər

RPŞ rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov Kəlbəcər rayonunun komendantı təyin olunub.

Silahlı Qüvvələrimizin sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları zəfərlə başa çatdı, xalqımız tarixi qələbəyə qovuşdu. Artıq 30 ilə yaxın işğalda qalan torpaqlarımızda müvafiq təhlükəsizlik tədbirləri görülür.
Noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.

  • Ad: Gübəniz JəfərzadəŞərh: 💙🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿❤️🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿💚
  • Ad: Кенан ТŞərh: Yaşasın Azərbaycan
  • Ad: Nihad IbrahimliŞərh: Haxverdi m gözəl və vətənpərvar insandı
  • Ad: RelaxbassŞərh: allah qorusun polislerimizi
  • Ad: no name EzimovŞərh: Qarabag AZERBAYCANDIR!!!
  • Ad: POLİS_KAPİTANI ZrFŞərh: Allah qorusun❤
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.