Rusiyada İlham Əliyevin şəklini paylaşan imam cərimələnib – Baku TV
-
- Xeber
- 158 baxış
- 0 şərh
Rusiyada İlham Əliyevin şəklini paylaşan imam cərimələnib – Baku TV
Rusiyanın Çelyabinsk məscidinin imamı Rinat Yaminyev yerli hakimiyyət orqanları tərəfindən məhkəməyə verilib. Səbəb isə onun sosial şəbəkə hesabında Prezident İlham Əliyevin fotosunu paylaşması olub.
Şəkil dövlət başçısının Ağdam məscidini ziyarəti zamanı çəkilib. Bu paylaşımına görə Rinat Yaminyev ermənilərə qarşı etnik və dini nifrət yaratmaqda günahlandırılıb. Məhkəmə Yaminyevi 10 min rubl, yəni 232 manat dəyərində cərimə edib.
Rinat Yaminyev ilk məhkəmə iclasından sonra paylaşımını silmək məcburiyyətində qalıb.
Maraqlıdır, Çelyabink məscidi imamının cəzalandırılması barədə göstəriş kim tərəfindən verilib? Çelyabinsk şəhərinin rəhbərliyi, yoxsa etdikləri vandallığın üzə çıxmasından narahat olan erməni lobbisi? Həqiqətin üzə çıxması üçün azacıq vaxta ehtiyac var.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend