Rusiyada qəzaya uğrayan təyyarədəki bütün şəxslər ölüb – Baku TV
-
- Xeber
- 166 baxış
- 0 şərh
Rusiyada qəzaya uğrayan təyyarədəki bütün şəxslər ölüb – Baku TV
Rusiyanın Kamçatka bölgəsində radarlardan itən “An-26” markalı sərnişin təyyarəsinin qalıqları tapılıb. Qəzaya uğrayan təyyarədəki bütün sərnişinlər ölüb.
Bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib.
O qeyd edib ki, təyyarənin göyərtəsindəki 22 nəfər sərnişindən və 6 ekipaj üzvündən sağ qalanı yoxdur. Rusiya Hava Nəqliyyatı Federal Agentliyi də təyyarənin qalıqlarının tapıldığını təsdiqləyib.
Yerli hakimiyyət nümayəndələri bildirib ki, təyyarə istismar üçün yararlı olub. Ekipaj uçuşdan əvvəl yoxlamadan keçib.
Bildirilib ki, “An-26” 1982-ci ildə istehsal olunub. “Kamçatka Hava Yolları” şirkətinə məxsusdur. Müəssisədə Kamçatka diyarında uçuşları həyata keçirən 5 “An-26” fəaliyyət göstərir. Təyyarə 30 sərnişin tutumludur.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend