Xəbərlər

Rusiyadan sərhəddəki təxribatlarla bağlı XƏBƏRDARLIQ – Baku TV

Rusiyadan sərhəddəki təxribatlarla bağlı XƏBƏRDARLIQ – Baku TV

Rusiya XİN Azərbaycan və Ermənistanı vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırıb.

Bu barədə nazirliyin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi şərh edərəkən deyib.

Aleksandr Bikantov bildirib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin normallaşması üçün deeskalasiya tədbirləri və sərhədin delimitasiyası və demarkasiyası üzrə birgə işlərin başlanması ilə bağlı bütün lazımi köməyi göstərməyə hazırdır.

Diplomat Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzaladığı üçtərəfli bəyanatlara uyğun olaraq Qafqazı sabitlik və təhlükəsizlik regionuna çevirmək üçün fəal işləmək niyyətində olduqlarını vurğulayıb.

Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.

Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Facebookda səhifəmiz:

Kanalda bütün müəllif hüquqları qorunur.

#BakuTv #Azerbaycan #trend

  • Ad: Aydinova GulmayeŞərh: Qelet ediler rusiya ermenilerin ağzınan
  • Ad: Yalcin BudaqovŞərh: Bunu ermenilere dedinler bize deyil qizişdirib üzerimize saldirsiniz sonra deyirsiniz susun😏
  • Ad: baku mobilesŞərh: POX YEYİR RUSDİYA O TEXRİBATLARİ RUSSDAR EDİR AKCAXLAR RCLAF PUTİN
  • Ad: Rimma SeyranovaŞərh: Allahim! Azerbaycana Yar Ol !
    Ermenileri susdur!
  • Ad: Nuriyev RaufŞərh: Bu Ermənistana aiddi bunu özləri çox yaxşı bilir .
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.