Sərhəddəki silahlı insidentlə bağlı Rəsmi AÇIQLAMA – Baku TV
-
- Xeber
- 166 baxış
- 0 şərh
Sərhəddəki silahlı insidentlə bağlı Rəsmi AÇIQLAMA – Baku TV
İyulun 5-i saat 23 radələrində Dövlət Sərhəd Xidmətinin Cəlilabadın Sərxanlı kəndi ya¬xın¬lığındakı sərhəd zastavasının xidməti ərazisində 5 nəfər naməlum şəxs İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozub.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqa¬vimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Nəticədə sərhəd naryadı qanunuvericiliyə uyğun olaraq silah tətbiq edib. Sərhəd pozucularından biri – hüquq mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı 29 yaşlı Məzahir Sahil oğlu Qurbanov güllə yarası alıb. Ona ilkin yardım göstərilərək Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri – İran ərazisinə qaçıblar.
Əraziyə baxış zamanı onların qanunsuz yolla sərhəddən keçirdikləri 1 ədəd çantada təxmini çəkisi 6895 qram narkotik vasitəyə bənzər maddələr və dərman preparatları aşkarlanıb. Bu barədə İran tərəfi dərhal məlumatlandırılıb, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib. Hazırda Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əla¬qədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend