Sabiq deputatın sürücüsü salfet satan uşağı döydü – Baku TV
-
- Xeber
- 58 baxış
- 0 şərh
Sabiq deputatın sürücüsü salfet satan uşağı döydü – Baku TV
Sabiq millət vəkili, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü azyaşlı qıza xəsarət yetirib.
Hadisə iyulun 29-u axşam saatlarında paytaxt ərazisində, Təhsil Nazirliyinin yaxınlığında yerləşən restoranlardan birinin qarşısında baş verib. Belə ki, sürücü Elvin Mahmudovun idarə etdiyi avtomobildə olan şəxs nəqliyyat vasitəsinə salfet satmaq məqsədilə yaxınlaşan azyaşlı qız ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək azyaşlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Şahidlərdən biri uşağa qarşı yol verilən zorakılıqla bağlı Nərimanov rayonu 18-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Hadisə zamanı Xanhüseyn Kazımlının da avtomobildə olduğu bildirilib. Daxili İşlər Nazirliyi də azyaşlıya sabiq millət vəkilinin sürücüsü tərəfindən xəsarətlər yetirildiyini təsdiqləyib.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı təhqiqat aparılır.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend