Xəbərlər

Sabunçu rayonu Nardaran qəsəbəsində silahlı şəxs saxlanılıb

Sabunçu Rayon İdarəsinin 42-ci Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça və 4 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

  • Ad: Kamil OrdubatskiŞərh: TT
  • Ad: Cingiz MuxtarovŞərh: Allah kapısını açsın amin inşallah 🤲
  • Ad: Asif TagiyevŞərh: Ehh
  • Ad: Ayaz ZeynalovŞərh: can yetim
  • Ad: Ali SeyidovŞərh: Yaziq dadas
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.