Şagirdləri Qubaya istirahətə aparan avtobus yandı – Baku TV
-
- Xeber
- 159 baxış
- 0 şərh
Şagirdləri Qubaya istirahətə aparan avtobus yandı – Baku TV
Bakıdan Qubaya istirahətə gedən şagirdlər və onların valideynlərini aparan avtobus yolda yanıb.
Hadisə bu gün səhər saatlarında Qubada baş verib.
Binəqədi rayonunda yerləşən 244 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri valideynləri ilə birgə Qubaya gedərkən avtobusun motorxanasında yanğın başlayıb. Sürücü dərhal avtobusu saxlayaraq sərnişinləri düşürüb.
Məlumata görə, həmin vaxt oradan keçən Quba Rayon İcra Hakimiyyətinin başçısı şagirdlər üçün başqa avtobus təşkil edib və onları Qubaya aparıb.
Şagirdlər və valideynlər hazırda təyinat yerinə çatıblar.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend