Xəbərlər

Sağlam gələcək naminə narkotik vasitələrə yox de!

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat Xidməti tərəfindən narkotik vasitələrin insanın həyat və sağlamlığına vurduğu bərpası mümkün olmayan yaralardan bəhs edən yeni sosial çarx hazırlanılıb. Video materialda narkotik vasitələrdən istifadə edən şəxslərin təkcə özlərinə ziyan vermədiyi, həmçinin gələcək nəsillər üçün də böyük təhlükə mənbəyi olduğu öz əksini tapıb.

  • Ad: Elmir RustemŞərh: Eşq olsun Azərbaycan polislərinə 👍👍🇦🇿🇦🇿🇦🇿
  • Ad: Dədə Qorqud ocağıŞərh: Daxili İşlər Nazirliyinin rəhbər heyətini, bütün işçi kollegiyasını və vətəndaşlarımızı səmimi qəlbdən salamlayıram!

    Bəli, "Ağ ölüm" deyilən bu lənətə gəlmiş narkotik maddələr Azərbaycan gənclərinin axırına çıxdı, cavan ömürləri puç oldu. Hələ özləri məhv olmuş bu narkomanlar başqa sağlam insanları da öz günlərinə salmaq istəyirlər. Bir az ağlı başında olan vətəndaş heç şəkk-şübhəsiz ki, bu cür murdarlıqlardan qaçar. Sözün həqiqi mənasında, çox dözülməz və kədərli bir vəziyyətdir. Narkotik aludəçilərinin sayı gündən-günə artmaqda davam edir. Ümumiyyətlə, bütün narkobaronların kökü kəsilməlidir! Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sağ olsunlar ki, bunların izinə elə vaxtında düşürlər, heç olmasa, çoxalan zərər-ziyanın qarşısını alırlar. Bu iki güc strukturuna nə qədər təşəkkür etsək belə, yenə də azdır. Daxili İşlər Nazirliyinin maarifləndirmə tədbirləri və milli-ictimai sahədəki islahatları təqdirəlayiqdir!
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.