Sahil Babayev Marius-Konstantin Budai ilə videokonfrans edib
Əlaqəli xəbərlər

Sahil Babayev Marius-Konstantin Budai ilə videokonfrans edib

Azərbaycanın əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev ilə Ruminiyanın yeni əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budai arasında videokonfrans baş tutmuşdur.

Yeni vəzifəsi münasibəti ilə Sahil Babayev həmkərını təbrik edib. Azərbaycan və Ruminiya arasında olan əməkdaşlıq əlaqələrinin günü-gündən inkişaf etdiyini vurğulayan nazir bundan məmnunluq hissi duyduğunu bildirib. Xüsusilə son illər iki dövlət arasında ticarət əlaqələrinin genişləndiyi videokonfrans zamanı bildirilib. Hal hazırda baxılmaqda olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi arasında əməkdaşlığa dair Protokol layihəsi əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəkdir.

Sahil Babayev son dövrlər ölkəmizdə keçirilən islhatalar barədə də konfrans zamanı söz açıb. O, bildirib ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan geniş miqyaslı islahatlar ölkənin həssas təbəqəsinin rifahına yönəlmişdir. Qarşılıqlı faydalı əlaqələrin vacibliyini vurğulayan nazirlər birgə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu qeyd ediblər.

Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.