Əlaqəli xəbərlər

Sahil Babayev Sahibkarlar Günü ilə bağlı konfransda çıxış edib

Son dörd il ərzində Azərbaycanda qırx doqquz min kiçik və mikro biznes yaradılıb.

Bu sözləri Emek və Ehalinin Sosial müdafiəsi naziri Sahil Babayev “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda özünüməşğulluq proqramının icrasından danışarkən söyləyib.

“Bu prosesə KOBİA-dan ciddi dəstək gəldi, birlikdə layihələr icra etdik. Dövlət qurumlarından Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə də birlikdə layihələrimiz oldu. O cümlədən Dünya Bankını, BMT-nin İnkişaf Proqramını bu prosesə cəlb etdik. Bu gün qırx doqquz min kiçik və mikro təsərrüfat gələcək iqtisadi inkişafımız üçün ən təməl istiqamətlərdən biridir”, – deyə nazir dilə gətirib.

O, söyləyib ki, bu gün ölkəmizdə hər il ən azı yüz min insan əmək bazarına daxil olur.

“Ötən müddət ərzində minə qədər sahibkarımızla görüş olub. Əmək Məcəlləsinin təkmilləşdirilməsi, müxtəlif inzibati prosedurların yaxşılaşdırılması, müxtəlif asossiasiyalarla ortaq işin qurulması baxımından çox böyük faydalar əldə etmişik”, – S. Babayev əlavə edib.

Nazir qeyd edib ki, bu görüşlər nəticəsində ortaya çıxan 146 normativ akt artıq təsdiqlənib: “Növbəti dövrdə bu səmərəli fəaliyyətin nəticəsini addım-addım görəcəyik”.

Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.