Populyar xəbərlər

Sahil Babayev – son xeber

Milli Mətbuat Günü ilə bağlı ölkə başçısı İlham Əliyevin AzərTac-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər təqdim edib.

Əmək və Əhalinin Sosial müdafiə naziri Sahil Babayev şəhid olan jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və təyin olunan sosial ödənişlərin kartlarını verib.

Sahil Babayev İlham Əliyevin 14 iyun 2021-ci il tarixində imzaladığı sərəncamıyla hər iki şəhid jurnalistimizin üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini və bu gün də yenə dövlət başçımızın göstərişinə ilə, şəhidlərimizin yaşadıqları əraziyə yaxın məsafədə yerləşən yaşayış-komplekslərindən mənzillərin sənədlərini təqdim edildiyini bildirib.

Görüşdə o da deyilib ki, bütün bunlar möhtərəm Prezidentin şəhid ailələrinə xüsusi qayğısının, həmçinin vəzifə borcunu layiqincə yerinə yetirən mətbuat nümayəndələrinin əməyini, eyni zamanda onların fədakarlığını daim yüksək qiymətləndirməsinin növbəti əyani nümunəsidir.

Şəhid jurnalistlərin ailə üzvləri də göstərilən yüksək qayğıya, yeni mənzillər üçün  görə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını dilə gətiriblər. Qeyd edək ki, erməni işğalından azad olunan ərazilərimizin çəkilişini həyata keçirən İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu dörd iyun tarixində onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni təxribatı nəticəsində tank əleyhinə minaya düşərək şəhid olublar

Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.