Populyar xəbərlər

Sahil Babayevin son cixisi

KİV-ə müsahibə verən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin son cixisi ilə tanış olun.

Sahil Babayev müsahibəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim edilməsilə bağlı danışıb. Sahil Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm Zəfər əldə edən Azərbaycanda  şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş miqyas aldığını söyləyib. Xüsusilə də bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində vacib işlər görülür.

Müharibə əlillərinin minik maşınları ilə təminindən də danışan nazir Sahil Babayev 2018-ci ildə 265 ədəd, 2019-cu ildə 600 ədəd, 2020-ci ildə 400, ümumilikdə isə bu vaxta qədər 7200-dən çox avtomobilin müharibə əlillərinə təqdim edildiyini deyib. Sahil Babayev çıxışında ölkə başçısı prezident İlham Əliyevin göstərişi ilə müharibədən sonrakı dövrdə şəhid ailələri, müharibə iştirakçıları və əlilləri, erməni terrorundan əziyyət çəkənlərlə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketi barədə danışıb.

Yeni evlərlə təmin olunan şəxslər Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri, eyni zamanda həmin müharibənin əlilləri Aprel döyüşləri iştirakçısı və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələridir.

Mənzillə təmin olunan müharibə əlilləri və şəhid ailəsi üzvləri tarixi qələbəmizdə dolayı qürurlandıqlarını qeyd ediblər. Onlar sosial təminatlarının gücləndirilməsi və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün atılan addımlardan razı qaldıqlarını dilə gətiriblər.

Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.