Xəbərlər

Salyanda yaşayış yerini tərk edən COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Bəydilli kəndində yaşayan Ələkbər Əkbərovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.
Belə ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsi ilə ona yaşayış evini tərk etməmək barədə xəbərdarlıq olunmasına baxmayaraq bu göstərişlərə əməl etməyib. Yaşadığı ünvanı bir neçə dəfə tərk edən Ələkbər Əkbərov Bəydilli kəndinin inzibati ərazisində ictimai yerdə olması polislər tərəfindən müəyyən edilib. Polislər təcili tibbi yardım avtomobili vasitəsi ilə həmin şəxsi yaşadığı evə qaytarıblar.
Onun barəsində Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Bir daha evdə məcburi müalicəyə cəlb olunan aktiv koronavirus xəstələrindən sanitar-karantin qaydalarına əməl edərək müalicə müddəti bitənədək mənzillərini tərk etməmək tələb olunur. Əks təqdirdə həmin şəxslər polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediləcəklər.

Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.