Xəbərlər

Saxta kosmetik vasitələr satan şəxs saxlanılıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı insan sağlamlığına ciddi mənfi təsir göstərən şampun və digər kosmetik vasitələrin satışının qarşısı alınıb

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keyfiyyətsiz, insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcək şampun və digər kosmetik vasitələrin satışının qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilib.

Belə ki, Baş İdarəyə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Fuad Abdullayev saxlanılıb. Ona məxsus paytaxtın Nizami rayonunda yerləşən anbara baxış zamanı kustar üsulla qablaşdırılmış mənşəyi məlum olmayan hazır şampunlar, digər kosmetik məhsullar, külli miqdarda etiketlər, holoqramlar, qapaqlar və sair ləvazimatlar aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Fuad Abdullayev şəxsiyyəti istintaqa məlum olan hazırda xarici ölkələrdən birində gizlənən tanışı ilə cinayət əlaqəsinə girərək dəyərindən aşağı qiymətə mənşəyi məlum olmayan məhsulları qeyd edilən anbarda əvvəlcə boş qablara doldurub. Daha sonra onlar həmin qabların üzərinə saxta “Brasil Botox-Keratin” əmtəə nişanlı etiket və holoqramlar yapışdıraraq orijinal məhsul adı ilə satışını həyata keçiriblər. Həmçinin, Fuad Abdullayev və tanışı sosial şəbəkələrdə özlərinə məxsus səhifələr yaradaraq qeyd edilən məhsulların onlayn satışını da təşkil ediblər. Həmin məhsullardan götürülən nümunələr əsasında keçirilən ekspertiza zamanı müəyyən olunub ki, aşkar edilən şampun, eləcə də, digər vasitələr keyfiyyətsiz olmaqla yanaşı, istifadəyə yararsızdır və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 200.1-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

  • Ad: Mec SadŞərh: Daxili iwler nazirliyinin xususi lisenziyasi ile Uzun illerdir ki,Azerbaycanda fealliyet gosteren xalqinin dovletinin inamini qazanmiw.Her zaman 1 addim onde olan .Oz pewekar iwci heyetinin emekdawlarinin seyi neticesinde her zaman ugurlar qazanmiw En guvenli Vətən_N mühafizə xidmeti sizlerlede oz emekdawliqini etmeye oz uzun muddetli muqavilelerini baglamaga her zaman hazirdir.Gosteriler xidmetler arasinda.Zavod fabriklerin Kotteclerin ferdi evlerin qesebelerin tehlukesizliyi.magazalar ve super marketlerin tehlukesizliyi.ofis tehlukesizliyi.gece kulubunun tehlukesizliyi.restoran tehlukesizliyi vs.Bizimle birlikde muqavile bagliyib bizimle iw birliyi etmek isteyen.Sahibkarlar ferdi insanlarin muracietlerini sebirsizlikle gozleyirik.Iwe qebul ve bizimlə muqavile baglayib bizimle emekdawliq etmek isteyen her bir vetendaw Elaqe saxlaya bilerlər.Elaqe nomremiz 099_732_04_32 Mecid (Xidmet rəisinin müavini)
  • Ad: İSMAYILLI RAYONUŞərh: Haram qazancın sonluğu
  • Ad: ÇPA POLISŞərh: Azərbaycan Polisi💪🏻
  • Ad: Jale KazimzadeŞərh: 🇦🇿👮‍♂️❤
  • Ad: YPX GENERALŞərh: Azərbaycan Polisi
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.