Xəbərlər

Səbail rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Səbail rayonu ərazisində yerləşən evlərdən oğurluq edən şəxslər saxlanılıblar. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Hüsü Quliyev və Aslan Əsgərov tutulublar. Bu şəxslər Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 3 mənzildən ümümi dəyəri 5 min manata yaxın olan təmir-tikinti və məişət alətləri oğurlayıblar.

Qeyd edək ki, saxlanılan şəxslərdən biri Hüsü Quliyev məhkum olunub. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq H.Quliyev oğurluq etdiyi üçün yenidən saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb.

Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

  • Ad: YPX GENERALŞərh: 🇦🇿🇹🇷
  • Ad: Bilal NuriyevŞərh: AZƏRBAYCAN POLİSİ
    ❤🇦🇿
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.