Şirvan və Hacıqabulda narkotik satan şəxslər saxlanılıb – Baku TV
-
- Xeber
- 144 baxış
- 0 şərh
Şirvan və Hacıqabulda narkotik satan şəxslər saxlanılıb – Baku TV
Hacıqabulda əvvəllər dəfələrlə məhkum edilən kriminal ləqəbi “Ağbaş Mübariz” olan narkotacir və 28 il narkotik vasitə istifadəçisi olan qadın saxlanılıb.
Rayon Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 41 yaşlı Süsən Əsədli saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Süsən Əsədli narkotik maddəni Ceyhun adlı şəxsdən aldığını etiraf edib.
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində 29 yaşlı Ceyhun Bağırov idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb. Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri ilə əvvəllər 6 dəfə məhkum olunan, ümumilikdə 18 il həbsdə yatan, kriminal aləmdə “Ağbaş Mübariz” ləqəbi ilə tanınan 54 yaşlı Mübariz Aslanov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə metamfetamin aşkarlanaraq götürülüb.
Şirvanda isə şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər saxlanılıb. Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri açılıb, araşdırma aparılır.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend