Xəbərlər

Sosial şəbəkələrdə görüntüləri yayılan narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını özündə əks etdirən və polis əməkdaşlarının guya bu şəxsin əməlinə göz yumması ilə bağlı bəzi şəxslər tərəfindən böhtan xarakterli məlumatlar yayılıb. Həmin görütülər tərəfimizdən araşdırılıb. Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb. Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən video görüntülərdəki şəxs paytaxt sakini Murad Əsədzadə saxlanılıb. Bu şəxsin üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.

Qeyd edək ki, araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Murad Əsədzadə barəsində cinayət işi başlanılıb və o, tutularaq istintaqa təqdim edilib. Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Ad: Farid SharifovŞərh: Azərbaycan Polisi👍👍👏👏❤❤🇦🇿🇦🇿 Allah Qorusun Polislərimizi👍👍👏👏❤❤🇦🇿🇦🇿 Eşq Olsun.Varolsun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi👍👍👏👏❤❤🇦🇿🇦🇿
  • Ad: Prince HellŞərh: Qara qarayev Metronun yaninda dolufular
  • Ad: ILKIN QasimovŞərh: Artiq pis vəziyyətdi cinayətlər artacaq polisin işi get gedə çətinləşəcək onsuzda çətin idi. Cənəb general öhdəsindən gələcəynizə inaniriq. Uğurlu əməliyatlar. Pik həddədi norkomaniya.
  • Ad: YPX GENERALŞərh: Azərbaycan Polisi 💪🏻🇦🇿
  • Ad: Ismayil MammadzadaŞərh: Köklərini kəsim bunların polislər. Allah qorusun sizləri
  • Ad: Gabii GabrielllŞərh: Kokuvuz kesilsin InshAllah
  • Ad: Arslan ValiyevŞərh: Allah polislərimizi qorusun. Halaldı
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.