Xəbərlər

Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən daha bir nəfər saxlanılıb

Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən daha bir nəfər saxlanılıb
Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir nəfər saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus səhifə yaradaraq narkotik vasitələrin təbliği ilə məşğul olan Coşqun Məmmədli tutulub. Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib.
Saxlanılan C.Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Şirvan şəhər Məhkəməsinin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

  • Ad: mesi cabarlliŞərh: Utsn e
  • Ad: Kenan XsyzdŞərh: 💪🏻💙🇦🇿
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.