Xəbərlər

Sumqayıt şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkar edilib

Sumqayıt şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkar edilib. Sumqayıt şəhərində Operativ Qərərgahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkar edilib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus “Lider” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Obyektə baxış zamanı şagirdlərin sinif otaqlarında sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən tədrisə cəlb olunduqları məlum olub. Görülən tədbirlər nəticəsində kursun direktoru T. Mənsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi isə protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.

  • Ad: MovsumzadeŞərh: Sjsjsjs. 1 hefde qabağa kimi bizde kecirdik. .
  • Ad: Vaqif ShirinovŞərh: ❤️✊🏻
  • Ad: Predator-pubg pc liteŞərh: Neynirsiz eliyin kursları bağlamayın 11 ci sinifəm imkanımda yoxdu fərdi gedim bataram
  • Ad: Əli ilyasovŞərh: Kursun mudru Taleh muellime qarşi haqsizliq etmeyin . Alahdan qorxun
  • Ad: Eli EliyevŞərh: Icra bascisi hemde Sehid aylelere imkansiz aylelere maraglansa ve destek olsa idi dahada gozel olardi
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.