Xəbərlər

Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı Sumqayıt şəhər sakini Məcid Şamilov tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxs axtarış aparılan zaman əlindəki çantadan iki büküm ümumi çəkisi 1 kiloqramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Məcid Şamilov ifadəsində xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqla araşdırılan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. Məcid Şamilov narkotik vasitələri 12 min manata aldığını və heroinin pulunu isə onlayn yolla həmin şəxs göndərdiyini qeyd edib.
Faktla bağlı Məcid Şamilov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunub. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi stiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Ad: ElviniqueŞərh: Qurban olaram igid polislerimize , eshg olsun
  • Ad: Yegane BabayevaŞərh: 👮‍♂️👏
  • Ad: Natavan AbbasovaŞərh: Eşq olsun polislərimizə👏
  • Ad: Aysel EliyevaŞərh: Boyuvu yere soxum, sağolsun polisler Allah sizi qorusun Amin
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.