Xəbərlər

Sumqayıtda yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə reyd keçirilib

Sumqayıtda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə reyd keçirilib

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilib. Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaraq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib edilib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

  • Ad: POLİS_KAPİTANI ZrFŞərh: Astara kəndlərinə qəsəbələrinə gəlin,
  • Ad: Sahlar DadaşovŞərh: Az qala mawinin usdune atsinlar ozderinii
  • Ad: YPX GENERALŞərh: Vətəndaşlardan xahiş edilir ki bütün yol qaydalarına əməl etsinlər
  • Ad: YPX GENERALŞərh: Azərbaycan Polisi 💪🏻🇦🇿
  • Ad: unknown.Şərh: 🇦🇿👮‍♂️👮‍♀️🖤
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.