Xəbərlər

Suraxanı rayonunda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıblar

Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar. Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıqlar oğurladıqları məlum olub.
Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

  • Ad: Oyun KanalıŞərh: Şükür allaha axirki tutuldular bunlar bizim mehləden keçirdilər həmse amma ogurcu olduglarini bilmirdim qonşular supelenirdi bunardan
  • Ad: mehemmed HüseynovŞərh: Eeee bizim simavari getirr axmaq
  • Ad: Hafiz ZulfüqarovŞərh: Ortadakı alçax girib bizim həyətə
  • Ad: umud044 HuseyinliŞərh: Haram xosunuz olsun
  • Ad: Musa AbulovŞərh: Boyuvuzu yere soxum acindan ol ama oğurluq elemeyin
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.