Xəbərlər

Suraxanı rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini Raqif Nuriyev saxlanılıb. Onun ayrı-ayrı vaxtlarda Hövsan və Binə qəsəbələrində yük maşınlarının ehtiyat hissələrini oğurladığı məlum olub. Raqif Nuriyevin zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində yeni tikilməkdə olan evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı Bakı şəhər sakinləri Mirağa Seyidov, Seymur Nağıyev Hüseyn İsmayılov və Həsən Gəncəliyev tutularaq istintaqa təqdim olunublar. Onların Suraxanı rayonunun əsasən Hövsan qəsəbəsində yeni tikilməkdə olan 10-a yaxın evdən məişət və tikinti əşyaları oğurladıqları məlum olub. Bu şəxslərin ev sahiblərinə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurduqları məlum olub.

Qeyd edilən faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Ad: Elmir QuliyevŞərh: Allah boynun qirsin sizinkimilerin,cezasin versin.Amin insallah
  • Ad: Azad AliyevŞərh: Hayif bularin Ata Anasinin eziyyetlerinden .
  • Ad: Qara Aq TvŞərh: 🇦🇿👮🏻‍♂️🇦🇿👏🏻
  • Ad: Jora GeorgiaŞərh: Javandilar sef edibler,frezidentnen xayş edirem bagişlasin ùşaglara.
  • Ad: Asena 039Şərh: 👏👏herseyin cezasi vardir...bunu temin eden ise Azerbaycan tehlukesziliyi ucun caliwan Daxili Isler Nazirliyi emekdaslarina tesekkur edirik 🇦🇿🇦🇿🇦🇿
  • Ad: Hajsksk XjjxjxjxkxkŞərh: YAŞASIN AZƏRBAYCAN RESPUBLİKASI YAŞASIN AZƏRBAYCAN POLİSİ
  • Ad: Hajsksk XjjxjxjxkxkŞərh: KÜL OLSUN SİZİN BAŞINIZA
  • Ad: Bilal NuriyevŞərh: ƏLA
  • Ad: YPX GENERALŞərh: Azərbaycan Respublikası. Daxili İşlər Nazirliyi. Bakı Şəhər Polis İdarəsi.
  • Ad: YPX GENERALŞərh: Azərbaycan Polisi
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.