Türkiyədə yanğın ocaqlarının sayı 11-ə endirildi – Baku TV
-
- Xeber
- 123 baxış
- 0 şərh
Türkiyədə yanğın ocaqlarının sayı 11-ə endirildi – Baku TV
Türkiyədə yanğınsöndürənlər davam edən meşə yanğınlarının 85 ocağından 74-nü lokallaşdırmağa nail olub.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli tvitterdəki hesabında bu barədə bildirib:
“Qəhrəmanlar böyük fədakarlıqla havadan və yerdən yanğınları söndürürlər. Biz sizə dəstəyinizə görə minnətdarıq”.
“2021-ci il iyulun 28-dən 30-dək olan dövrdə 85 meşə yanğınından 74-ü nəzarət altına alınıb”, – deyə nazir yazıb.
Təəssüf ki, Bodrum və Milasda yanğının miqyası genişlənir. Yanğın Milas rayonunun Meşəlik məhəlləsində yerləşən otellərə də yayılıb. Otellərdəki turistlər təxliyə edilib.
On yaşlı iki uşaq yanğına səbəb olmaları iddiası ilə saxlanılıblar. İfadələri alınan uşaqlar bildiriblər ki, kitab yandırdıqları zaman yanğın başlayıb.
Minlərlə heyvanın tələf olduğu bildirilir. Meşələrdə çıxan yanğın bəzi bölgələrdə küləyin təsiri ilə yaşayış yerlərinə keçib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, hadisə hərtərəfli araşdırılacaq və yanğından zərər çəkən vətəndaşlara hər cür dəstək göstəriləcək.
Artıq meşə yanğınları ilə bağlı 5 nəfər şübhəli şəxs saxlanılıb. Məlumata görə, yanğının söndürülməsinə 4 minədək şəxsi heyət cəlb olunub.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev azərbaycanlı yanğınsöndürənlərin də Türkiyəyə göndərilməsi ilə bağlı tapşırıq verib. Artıq FHN-nin yanğınsöndürmə qüvvələrinin ilk dəstəsi hazırda Türkiyənin Dalaman şəhərindədir.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend