Türkiyədə yanğın zonalarına 45 helikopter, 4 mindən çox canlı qüvvə səfərbər olunub – Baku TV
-
- Xeber
- 176 baxış
- 0 şərh
Türkiyədə yanğın zonalarına 45 helikopter, 4 mindən çox canlı qüvvə səfərbər olunub – Baku TV
İyulun 28-də Türkiyənin Manavqat rayonundan başlayan və 26 fərqli bölgəyə yayılan meşə yanğınları davam edir.
Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli tvitter səhifəsində son vəziyyət haqqında xəbər verib. Belə ki, baş verən 112 yanğının 107-si nəzarət altına alınıb. Qalan beş yanğın ocağının nəzarətə alınması üçün isə işlər davam edir. Bunlar Antalyanın Manavqat rayonu və Gündoğmuş qəsəbəsində, eləcə də Muğlanın Marmaris və Milas rayonlarında, həmçinin Köyçeğiz qəsəbəsində davam edən yanğınlardır.
Qeyd edək ki, irimiqayaslı yanğınların söndürülməsi məqsədilə fəlakət zonlaraına 45 helikopter, 9 pilotsuz uçuş aparatı, 6 təyyarə və 4 mindən çox canlı qüvvə səfərbər olunub.
Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, iyulun 30-da Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşı və lazımi ləvazimatlardan ibarət ilk dəstək qrupu Türkiyəyə yola düşüb. Nöbəti gün, iyulun 31-də isə 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 1 təcili tibbi yardım avtomobili, 220 nəfər yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrup yanğının davam etdiyi ərazilərə göndərilib.
Əsasən Türkiyənin cənub bölgələrində baş verən fəlakət nəticəsində 5 nəfər həyatını itirib, evlərə və turizm obyektlərinə ciddi ziyan dəyib. Yanğının əhatəsində qalan meşələrdə minlərlə heyvanın tələf olduğu bildirilir.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend