Uğur qazanan tələbə və müəllimlər mükafatlandırılıblar – Baku TV
-
- Xeber
- 147 baxış
- 0 şərh
Uğur qazanan tələbə və müəllimlər mükafatlandırılıblar – Baku TV
Bu gün İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Məzun günü qeyd olunub.
Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, rayon rəhbərliyi, məzunlar və müəllimlər iştirak edib.
Tədbirdə peşə məktəbinin yetişdirdiyi kadrlardan, onların cəmiyyətimizdəki yerindən danışılıb.
Pəşə təhsili əmək bazarına yaxın olan bir təhsil pilləsidir. Bu da onu göstərir ki, bu təhsil ocağını bitirən əksər tələbələr əmək bazarında daha tez iş tapır və öz uğurlu karyerasını qurmağa başlayır.
Bu il İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində 140 nəfər məzun adını qazanıb. Onlardan 12 nəfəri artıq təcrübə keçərək, işəgötürən müəssisələr tərəfindən işlə təmin olunub.
Mərkəzin məzunlarından şəhid və qazi olanlar da var. Tural Şıxızadə 44 günülük Vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Bundan əlavə, mərkəzin tələbələri – İlqar Eldarov və Mərdan Babayev döyüşlərdə fəal iştirak ediblər.
Tədbirdə məzunların hazırladıqları əl işləri nümayiş olunub. Sonda təhsili sahəsində uğur qazanan tələbə və müəllimlər diplom və fəxri fərmanlarla təltif olunub.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend