Ukraynalı səfir Şuşa ilə bağlı paylaşım edib – Baku TV
-
- Xeber
- 37 baxış
- 0 şərh
Ukraynalı səfir Şuşa ilə bağlı paylaşım edib – Baku TV
Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri başa çatıb. Səfərin ardından Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Şuşa ilə bağlı təəssüratını bölüşüb.
Paylaşımda ukraynalı səfir bildirib:
“Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına – Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma-bərpa işləri ilə ilk tanışlığım oldu”.
Qeyd edək ki, Ukraynalı diplomatın bu paylaşımı erməni izləyicilər arasında aqressiya yaradıb. Onlar həm səfiri təhqir edən, həm də Ukrayna münaqişəsi və Krımın işğalının haqlı olduğuna dair şərhlər yazıblar.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend