Xəbərlər

Uşaq bağçaları elektron qəbula başlayır – Baku TV

Uşaq bağçaları elektron qəbula başlayır – Baku TV

Artıq valideynlər evdən çıxmayaraq, bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını uşaq bağçasına qeydiyyata ala bilərlər. Avqustun 2-si səhər saat 9-dan etibarən pilot layihə kimi paytaxtın Nizami rayonu ərazisində uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qaydada qəbuluna başlanılacaq.

Bununla əlaqədar “bakibagcayaqebul.edu.az” saytı səhər saat 9-dan etibarən aktivləşdiriləcək. Valideynlər sayta daxil olaraq, müəssisənin adı yazılmış xanaya toxunmaqla övladının yaşına uyğun boş yerlər barədə məlumat əldə edə və qeydiyyata sala biləcəklər, boş uşaq yeri olmadıqda vətəndaşa əraziyə yaxın 5 bağçada növbəyə dayanmaq seçimi təklif ediləcək.

Qeyd edək ki, Nizami rayonunda layihənin tətbiqindən sonra mərhələli şəkildə digər rayonlarda da elektron qəbul sisteminin tətbiqi həyata keçiriləcək.

Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.

Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Facebookda səhifəmiz:

Kanalda bütün müəllif hüquqları qorunur.

#BakuTv #Azerbaycan #trend

  • Ad: Tural MamedovŞərh: Ala gedin tullanine usagim evimde yiyib icir oynuyurda artig pulumuz var getirey size verey
  • Ad: SarıSlimeŞərh: Əlaaa
  • Ad: Mirzəyeva MirzəyevaŞərh: 300 manatdı bir uşağı dövlət bağçasına yazdırmaq!
  • Ad: Səma AliyevaŞərh: Salam. Bəs məktəbəqədər hazırlıq qruplarına nə vaxt qəbul başlayır? Bu barədə məlumat versəz yaxşı olardı
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.