Videobloger Rusiya pasportu ilə Qarabağa keçib – Baku TV
-
- Xeber
- 147 baxış
- 0 şərh
Videobloger Rusiya pasportu ilə Qarabağa keçib – Baku TV
Rusiyalı videobloger Sergey Vasilyev bu dəfə Qarabağa keçib. O, səfər zamanı maraqlı çəkilişlər edib. Maraqlısı isə odur ki, Serger Vasilyev Rusiya pasportu ilə sərhədləri asanlıqla keçə bilib.
O, yolboyu dayandığı yeməkxanalarda ermənilərlə söhbət apararaq Qarabağ barəsində məlumatlar alıb, oraya kimlərin buraxıldığını soruşub. Sergey çəkiliş zamanı rus sülhməramlılarının yerləşdiyi ilk yoxlanış məntəqəsindən Rusiya pasportu ilə buraxılmayacağını düşünsə də, ona heç bir problem yaratmadan sərhəddən keçməyə icazə veriblər.
Vasilyev ikinci məntəqəyə çatdıqda onlara xaricilərin Qarabağa buraxılmadığını deyiblər. Ancaq videoblogeri müşayiət edən erməni sürücünün sülhməramlılarla apardığı danışıqlar nəticəsində o, ikinci məntəqədən də keçə bilib.
Videobloger rus sülhməramlılarının olduğu bütün məntəqələrdən keçdiyini və Xankəndinə qədər gəldiyini deyib. Videodan da göründüyü kimi, o, Qarabağda sərbəst şəkildə hərəkət edir.
Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinin vətəndaşlarının Qarabağa buraxılmasında heç bir problem yoxdur, lakin bu buraxılış Laçın dəhlizindən deyil, rəsmi Bakının məsləhət biləcəyi istiqamətdən olmalıdır. Laçın dəhlizi yalnız Qarabağda yaşayan ermənilər üçün müvəqqəti olaraq Azərbaycanın verdiyi humanitar dəhliz rolunu oynayır.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend