Xəbərlər

Xaçmazda meşədə gizli şəkildə narkotik tərkibli bitkilər əkən şəxs saxlanılıb

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Şöbəyə rayonun Nərəcan kəndi ərazisində meşəlik sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakini Azad Cəbiyev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıb. Onun çətənə kollarını əkdiyi sahəyə baxış zamanı ümumi çəkisi 140 kiloqram olan 97 ədəd narkotik tərkibli çətənə bitkisi, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi 4 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Azad Cəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Ad: A IsmayilovŞərh: Okkk
  • Ad: qarbag qazisiŞərh: Utanib ölmur agsaqal belesine ag saqal demey olmaz belesine virus demey olar
  • Ad: Sebuhi BabayevŞərh: Salam bu narkotik satanlari xalqin qabaginda edam elmek lazimidi bizim mehlede bas alib gedir buz pati deyilen narkotiki istifade edenler bir anda zobilesir insan isine gedmir bunlara gore cox tehlukelidi
  • Ad: Mikayil QuliyevŞərh: Чаматын евини уыхырсан.Сагол
    варол полис.
  • Ad: Babek HesenovŞərh: Qarwisi alinmalidi yazixdi cavanlar
  • Ad: Eli EliyevŞərh: Getdi agaclar
  • Ad: Ilkin IsmayilzadeŞərh: 🤔
  • Ad: ELSEVƏR_ƏHMƏDOVŞərh: Dərəbəylik di elə bil əkib becərib silahıda var kül tepene elə. Get yat içəridə bəlkə aqillandin.
  • Ad: Şahin QocayevŞərh: allh komeyi olsun
  • Ad: Eli МaмедовŞərh: Sen ov tufenqini qotur. Qet aileni qotur. Tovuzi ermeniler qrir sende ozunkileri qrirsan. Ayi qosyn size
  • Ad: Atta SaidŞərh: Ged ozune is senet tap bedbext!
  • Ad: POLİS_KAPİTANI ZrFŞərh: ❤👮❤👮❤👮❤👮❤👮❤👮❤
  • Ad: Sahmali BaylarovŞərh: Narkotike güzəşt yoooooooox. Eşq olsun Polisimizə.
  • Ad: r rŞərh: Sağol Polis 😍🥰
  • Ad: Elm və DünyaŞərh: Halaldı sizə Din.
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.